Tanınmış əmlakçı ilə eşq yaşadığı ortaya çıxdı

Tanınmış əmlakçı ilə eşq yaşadığı ortaya çıxdı
1158 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Öykü Çeliyin yeni eşq yaşadığı iddia edilib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, Öykü İstanbulun Bebek səmtində yerləşən malikanələrdən birindən çıxarkən görüntülənib.

Aktrisanın ev alqı-satqısı ilə məşqul olan İsmail Behranının avtomobilini idarə etməsi və ona məxsus evdən çıxması ikili arasında yeni eşq münasibətlərinin olduğunu ortaya çıxarıb.

Jurnalistlər aktrisaya Behrana aid evdən çıxdığını xatırlatsa da, o, səssizliyini qoruyub. Bundan sonra Çeliyin İnstaqram hesabında paylaşdığı gül şəklini silməsi, cütlüyün eşq yaşandığını təsdiq edib.