Qızına 3 minlik oyuncaq aldı

Qızına 3 minlik oyuncaq aldı
1747 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün mğənni Demet Akalın ticarət mərkəzlərindən birində alış-veriş edərkən görüntülənib.

Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, sənətçi qızı Hira üçün bahalı oyuncaq alıb. Çıxışda jurnalistləri görən Akalın onlarla söhbət edib.

Demet media nümayəndələrinin “Necəsiniz” sualına “Heç yaxşı deyiləm” cavabını verib. Əlindəki oyuncağı göstərərək “Buna nə qədər pul verdiyimi bilsəniz, yaxşı olmamağımın səbəbini anlayarsınız” deyə, o, söyləyib. 

Akalının sözügedən oyuncağa 3 min lirə (təxminən 649 manat) ödədiyi bildirilib.