"23 ildir Türkiyə vətəndaşı ola bilmirəm" - Günel

"23 ildir Türkiyə vətəndaşı ola bilmirəm" -  Günel
2759 dəfə oxunub
  • A-
  • A
  • A+

"Hamı mənə deyirdi ki, gözləyirsən Ağdam alınsın, sonra həyatını birləşdirəcəyin insan çıxsın. Əlbəttə ki... Amma əslini Allah bilir, yəqin elə də olacaq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Günel Zeynalova İnstaqramda izləyicilərinin suallarını cavablandırarkən deyib. İfaçı Türkiyə vətəndaşı ola bilmədiyini söyləyib: 

"23 ildir Türkiyə vətəndaşı ola bilmirəm. Bütün türk dostlarım da buna təəccüblənir. İnşallah, bu il olacam".

Günel daha sonra sözlərinə "Qarabağın azad edilən bütün bölgələrində konsert verəcəm. Hazırlıqlar başladı. Düzdür, bundan sonra gedib Ağdamda yaşamayacam. Amma Ağdamda, Şuşada evimin olmasını istəyirəm. Ora dincəlməyə gələcəm" əlavə edib.