"100 kiloqram olan insanın sevgisinə inanmırıq?"

"100 kiloqram olan insanın sevgisinə inanmırıq?"
1515 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Pelin Öztekin 153 kiloqram olduğu zaman seriallarda baş rola dəvət almadığını açıqlayıb.

Axşam.az xəbər verir ki, o, artıq çəkili olduğu zaman dram janrında olan ekran işlərində yer almadığını bildirib:

"Kök insanlar da baş rolda olmalıdır. 100 kiloqram olan insanın sevgisinə inanmırıq? Çəkdiyi ağrı inandırıcı gəlmir? Görüntü ilə bağlı əngəllər xoş deyil".

Qeyd edək ki, 6 il öncə mədəkiçiltmə əməliyyatı etdirən aktrisa 60 kiloqrama enmişdi.