Koronavirusdan əziyyət çəkənlər üçün 1 milyon bağışladı

Koronavirusdan əziyyət çəkənlər üçün 1 milyon bağışladı
367 dəfə oxunub
  • A-
  • A
  • A+
Xeyriyyə addımları ilə hər zaman diqqət çəkən Hollivud ulduzu Corc Kluni bu dəfə də ənənəsinə sadiq qalıb.

Axşam.az xəbər verir ki, aktyor pandemiya müddətində işsiz qalan və çətin günlər yaşayan insanlar üçün 1 milyon dollar (təxminən 1 milyon 700 min manat) yardım göndərib.

Qeyd edək ki, Corc Kluni bir müddət əvvəl Amerikada qətlə yetirilən Corc Floydun ölümündən sonra bərabərlik və ədalət üçün mübarizə aparan qurumların birinə 500 min dollar pul bağışlamışdı.