"Oğlum gözümün qabağında vuruldu" - Müharibəyə övladı ilə gedən ata

"Oğlum gözümün qabağında vuruldu" -  Müharibəyə övladı ilə gedən ata
1629 dəfə oxunub
  • A-
  • A
  • A+

Vətən müharibəsinin iştirakçısı olan hərbçi Dayandur Cabbarov və oğlu Rauf "Vaxtı gəldi" proqramının qonağı olub.

Axşam.az xəbər verir ki, Qarabağ uğrunda gedən döyüşlərdə birlikdə döyüşən ata və oğul yaşadıqlarından danışıb.

D.Cabbarov bildirib ki, oğlu gözünün qabağında yaralanıb:

"Rauf hərdən mənimlə zarafat edir ki, 30 ildir məni gözləyirdiz, gəlim Qarabağı xilas etdim. Bu dəfə millət döyüşdü, bu, tək ordunun yox, millətin qələbəsidir. Fəxr etdim... Millətin dəstəyini biz necə gördük... Mən sağ, Rauf sol cinahda idi. Onları görürdüm, hətta oğlum vurulanda gördüm. Yüksəklikdən onlar tərəfə baxırdım, gördüm toz-duman qalxdı. Yanımda leytenant var idi, dedi, narahat olma, təsəlli verdi. Onların yanına düşə bilmirdik, həmin yolu vururdular. Arxa yolla gəlməyə çalışanda zəng gəldi ki, narahat olma, Rauf sağdı, yaralanıb. Dedim, verin, səsini eşidib. Rauf dedi ki, hər şey yaxşıdır. Qəlpə sağ tərəfinə tökülmüşdü. Biz o dağlarda böyümüşük, indi Vətənə görəndə elə bilirdim dil açıb danışır. Elə oğullarımız şəhid oldu ki... Hamımız döyüşə girəndə bir-birimizlə halllaşırdıq ki, şəhid olacağıq".

Rauf isə bildirib ki, yaralarını unudub, indi qələbə sevincini yaşayır:

"Fəxr edirəm ki, Dayandur kişinin oğluyam. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Laçınlılarımı təbrik edirəm, yuvalarına qovuşdular. Yaralanma boşdur, Vətən sağ olsun. Qələbə xəbəri bizə hər şeyi unutdurub".