Ən çox videosu paylaşılan Zaur: "İnanırdım ki, atam şəhid olmayacaq"

Ən çox videosu paylaşılan Zaur:   "İnanırdım ki, atam şəhid olmayacaq"
1913 dəfə oxunub
  • A-
  • A
  • A+
Son günlər sosial şəbəkədə ən çox videosu paylaşılan hərbçi övladı Zaur Məmmədzadə "Vaxtə gəldi" proqramından qonaq olub.

Axşam.az xəbər verir ki, atası Xəyaləddin Məmmədovla birlikdə proqrama gələn Zaur atası ilə telefon söhbətiylə tanınırdı. Zaur bildirib ki, hər gün atası üçün dua edib:

"Atam mənə verdiyi bütün sözləri tutub. İnanırdım ki, qayıdacaq, şəhid olmayacaq".

Hərbçimiz Xəyaləddin Məmmədov hələ yay döyüşlərində könüllü olaraq qeydiyyatdan keçdiyini söyləyib:

"Mən və dostlarım sakit oturmadıq, müxtəlif qrumlara müraciət etdik ki, döyüşə getmək istəyirik. Deyirdilər, əmr var, 35 yaşa qədərdir. Sonra yenə də müraciət etdik və göndərdilər. Bizim qatıldığımız bölükdəkilərin 90 faizi birinci Qarabağ müharibəsində döyüşənlər idi. Birmənalı qarşılanmaya bilər, amma bu məsələdə ailə ikinci plana keçir. Erməni kimdir ki, bizim torpaq onlarda qalsın? İllərdir qəlbimizdə yaşayan intiqam hissi alovlandı".