"İki qəlpə hələ də bədənimdədir" - 19 yaşlı qazimiz

"İki qəlpə hələ də bədənimdədir" -  19 yaşlı qazimiz
1077 dəfə oxunub
  • A-
  • A
  • A+

Torpaqlarımızn düşmən tapdağından azad olunması uğrunda döyüşə qatılan igidlərimizdən biri də Sərxan Məmmədovdur.

Axşam.az xəbər verir ki, Türkiyənin Anadolu Agentliyi Tərtərdə məskunlaşan qəhrəmanımızın igidliyi və şücayəti haqqında reportaj hazırlayıb.

Ermənilərin 1993-cü ildə Ağdərəni işğal etməsindən sonra məcburi köçkün olan Sərxan və ailəsi 30 ilə yaxındır Tərtər rayonunda məskunlaşıb. Vətən müharibəsində iştirak edən Sərxan düşmənin minaatanlardan atəş açması nəticəsində sol ayağından yaralanıb. 19 yaşlı igid müsahibəsi zamanı müharibədə necə yaralanmasından danışıb:

“Füzuli istiqamətində döyüşə-döyüşə qabağa gedirdik. Sonra komandirimiz "irəli" əmrini verdi. Əks hücuma keçəndə düşmən bizi minaatanlardan atəşə tutdu. Bundan sonra iki dostum və mən yaralandıq. Hərbi xəstəxanaya yerləşdirilərək əməliyyat olundum. Həkimlər bədənimdən çoxlu sayda qəlpə qalıqları çıxartdı. Lakin ikisi hələ də bədənimdədir”.

Sərxan Məmmədov həmin vaxt boğazından, çiynindən və qolundan da yaralanıb. Qəhrəmanımızın sol ayağı amputasiya edilib. O, yaralanan dostlarının səhhətinin yaxşı olduğunu bildirir. Sərxan torpaqlarımız işğaldan azad olunduğu üçün sevinc hissi keçirdiyini və tezliklə doğma yurdu Ağdərəyə qayıtmaq istədiyini dilə gətirib.