“Çox adam deyirdi ki, niyə tez evləndirirsən oğlunu... 22 yaşı var idi... Yaxşı ki, evləndirdik. Yeganə təsəllimiz ondan yadigar qalan bircə balasıdır. O, da olmasa ürəyimiz partlayar”.
 
Axşam.az xəbər verir ki, bu sözləri şəhid Ataməli Musayevin atası Seyidməmməd Musayev "Bizimləsən" proqramına müsahibəsi zamanı deyib. O, Ağdərə uğrunda  gedən döyüşlərdə qəhrəmancasına həlak olan oğlunun şəhidliyi üçün sevindiyini, yoxluğu üçün isə darıxdığını bildirib.

Şəhiddən danışan anası Leyla xanım oğlunun hər zaman ona layiqli övlad olduğunu dilə gətirib:

“Onun haqqında heç vaxt keçmişdə qalıbmış kimi danışa bilmərəm. Oğlum ömür boyu mənimlə olacaq. Onunla hər gün danışacam. Xatirələrimizdə əbədi olaraq yaşayacaq. Artıq oğlumun nailiyyətləri olmayacaq. Həyatda onun o qədər planları var idi ki... Mənə elə oğul olub ki, həmişə onunla fəxr etmişəm".

Leyla xanım oğlunu cəbhəyə yola salarkən geri qayıtmayacağını hiss etdiyini söyləyib:

"Bilirdim ki, qayıtmayacaq. Dedim bala, sağ-salamat get. Amma bu gediş o gediş deyil". 



                 

Xəbər lenti