Bakıda qalan Rusiya vətəndaşlarının nəzərinə

Bakıda qalan Rusiya vətəndaşlarının nəzərinə
1387 dəfə oxunub
  • A-
  • A
  • A+

Dekabr ayında "Ural Hava Yolları" aviaşirkəti Rusiya vətəndaşlarını vətənlərinə çatdırmaq məqsədilə Bakı-Moskva ("Jukovski" hava limanı) marşrutu üzrə üç çarter reysi həyata keçirəcək.

Axşam.az xəbər verir ki, reyslər Rusiya vətəndaşı olan və ya Rusiyaya giriş hüququna malik, habelə koronavirusa (COVID-19) dair testdən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlərin daşınması üçün nəzərdə tutulub.

Çarter reysləri dekabrın 12-si, 19-u və 26-sı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalından həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 26-dan etibarən "Aeroflot" aviaşirkəti də Rusiya vətəndaşlarının daşınması üçün Bakı-Moskva marşrutu üzrə çarter reysləri həyata keçirir. Uçuşlar həftədə iki dəfə cümə axşamı və bazar günləri icra olunur.