Axşam.az xəbər verir ki, bu sözləri 44 gün davam edən Vətən müharibəsində qəhrəmancasına vuruşan qazimiz Nəcməddin Mehdiyev "Araz FM"ə müsahibəsində deyib. Döyüş yoldaşı ilə bağlı ağrılı xatirəsini danışan igidimiz sözlərinə belə davam edib:
"Beş dəqiqə keçmədi ki, yanımıza minomyot düşdü. Ayağa qalxanda baxdım ki, artıq nəfəs almır. Şəhid oldu. Valideynlərinə baş sağlığı verirəm. Qəhrəmanlarımızın qanı yerdə qalmadı".