"Mən heç kimin ailəsini dağıtmamışam"

"Mən heç kimin ailəsini dağıtmamışam"
3831 dəfə oxunub
  • A-
  • A
  • A+
"Julide Ateş ile 40" verilişinə qonaq olan türkiyəli aktrisa Pınar Altuğ ilk evliliyi ilə bağlı suallara qəzəblənib.

Axşam.az xəbər verir ki, 27 yaşında Umut Elçioğlu ilə ailə həyatı quran aktrisa aparıcının "Aldadan qadınsınız" sualına sərt cavab verib:

"Sənə nə ya da kimə nə? İlk ərimlə evlənəndə "Sevirsən" deyə soruşmuşdunuz? Boşananda niyə soruşursunuz? Həyatımla bağlı heç vaxt açıqlama vermirəm. Mən heç kimin ailəsini dağıtmamışam. Öz evliliyimi sonlandırmışam. Geriyə qayıdıb bunları danışmaq mənasızdır".

Qeyd edək ki, aktrisa ilk həyat yoldaşına xəyanət edərək ayrılmışdı. P.Altuğ hazırda müğənni Yağmur Atacanla ailəlidir.