"ARB 24" qazisini mükafatlandırıb - Video

"ARB 24" qazisini mükafatlandırıb -  Video
1210 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB 24 telekanalının əməkdaşı Mail Əsgərov İkinci Qarabağ müharibəsində iştirak edib.

Axşam.az xəbər verir ki, Vətən müharibəsinə baş leytenant kimi yollanan M.Əsgərov Füzuli, Qaraxanbəyli istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Bir müddət müalicə alan qazimiz indi ARB TV-dəki işinə qayıdıb.

Kanal rəhbərliyi və həmkarları Əsgərovu böyük coşğu ilə qarşılayıb və mükafatlandırıb.