"İndi heç Aygün Kazımova, Faiq Ağayev də onu etmir" - İzzət Bağırov

"İndi heç Aygün Kazımova, Faiq Ağayev də onu etmir" -  İzzət Bağırov
5580 dəfə oxunub
  • A-
  • A
  • A+
"2020-ci ildə səhnə fəaliyyətimin 30 ili tamam oldu. 76-77 klip çəkdirmişəm, filmlər, saysız-hesabsız solo konsertlər, mahnılar olub. Gördüyüm işlər hədsiz çoxdur. Amma əzən adam qırılır, küsür, sınır".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov "Birə-bir" proqramına qonaq olarkən deyib. Sənətçi son günlər yaşanan durğunluqlardan bəhs edib:

"Sənət adamı əzəmətli, qürurlu görünür. Amma hər bir sənət adamının qəlbində kövrəklik var. Kliplər çəkdirdim, kanallarda yayımlanmır. Solo konsert vermək hər müğənnini başı üçün deyil. Küçəyə afişa vurasan və tamaşaçı gələ. 25 minlik zal doldurmuşam. Amma biz də sınırıq.

Əvvəl ildə dörd klip çəkdirirdim. İndi bir, bəzən iki kliplə kifayətlənirəm. Kliplərimi elə çəkmişəm ki, elə bil filmdir. Çalışmışam süjet çox olsun. Sonralar başladı adi kliplər: arxada bir maşın, villa, dayanır bir yerdə, araxadan rəng dəyişir. Mən də klipdən uzaqlaşdım.

Yadınıza salın, Aygün Kazımova, Faiq Ağayev necə kliplər çəkirdi? İndi onlar da etmir".