Aşpazı şahzadənin formada qalma sirrini açıqlayıb

Aşpazı şahzadənin formada qalma sirrini açıqlayıb
1448 dəfə oxunub
  • A-
  • A
  • A+

II Yelizaveta gələn ilin yazında 95 yaşını qeyd etməyə hazırlaşır.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, yaşına baxmayaraq şahzadə sağlam və cavan qalmağı bacarıb. Heç bir idman zalına getməyən Yelizavetanın necə belə gümrah qalması ilə bağlı yazı hazırlanıb.

15 il kral sarayında çalışan aşpaz Darren Makqreyd şahzadənin sirrini açıqlayıb. Onun sözlərinə görə, II Yelizavetanın bir qanunu var: nə olursa olsun, böyük ölçüdə yeməməlisən. Buna görə də şahzadənin boşqabında hər zaman çox az miqdarda yemək olur. Eyni zamanda onun heç vaxt yemədiyi qida siyahısı var. Siyahıda ilk sırada karbohidratlı qidalar dayanır: düyü, makaron və kartof.

Şahzadə özünə heç bir şirniyyat qadağası qoymur. O, hətta gününü bir fincan qəhvə və peçenye ilə başlayır. Daha sonra balaca boşqabda yulaf sıyığı qəbul edir. Naharda o, yalnız balıq və ya toyuq yeyir. İngilislərin məşhur saat 5 çayında ona cem verilir. Şam yeməyindən sonra isə II Yelizaveta şokoladlarını yeyir. Aşpaz bildirib ki, şahzadə şokoladı çox sevir və ondan imtina edə bilmir. Şokoladın yanında hərdən biskivit tortu da qoyulur. Bunu isə o çox az miqdarda qəbul edir. 

Digər tərəfdən isə şahzadə istiotlu və ədviyyatlı qidaların hazırlanmasına icazə vermir. Ən əsası isə soğan və sarımsaq olmaz. II Yelizaveta onları heç bir formada süfrəsində görmək istəmir. Bir də sarayda dəniz məhsullarının hazırlanması olmaz. Buna səbbəb isə şahzadənin bir dəfə zəhərlənməsi olub. Yalnız balıq yemək olar.