"Toppuş bacı" xərçəngdən sağaldı

"Toppuş bacı" xərçəngdən sağaldı
6605 dəfə oxunub
  • A-
  • A
  • A+
"Mənə gözəl sözlər, dualar yazırdınız. Dualarınız qəbul oldu, iki gün əvvəl aldığım analiz cavablarına görə törəmə və metastaz yoxdur. Bu, o deməkdir ki, mən xərçəngdən xilas oldum".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Tünzalə Əliyeva sosial şəbəkədə yazıb. "Toppuş bacı" ləqəbli aktrisa bildirib ki, analizlərinin cavabı yaxşı olub və xərçəngə qalib gəlib:

"Mənə təmənnasız qayğı göstərdiklərinə görə Milli Onkologiya Mərkəzinə təşəkkür edirəm. Məni sağlam ailəmə qaytardılar".