Şiş Saranın bütün bədəninə yayılıb

Şiş Saranın bütün bədəninə yayılıb
8751 dəfə oxunub
  • A-
  • A
  • A+
Xərçəng  xəstəliyindən əziyyət çəkən müğənni və aktrisa Sara Hardinqin səhhətinin yaxşı olmadığı bildirilir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, şiş Saranın bütün bədəninə yayılıb. Səhhəti ilə bağlı açıqlama verən 39 yaşlı Hardinq, onkoloji xəstəliyə qarşı daha çox mübarizə apardığını deyib:

“Sonuncu paylaşımıma yazdığınız dəstək mesajları üçün hər birinizə təşəkkür edirəm. Son zamanlar xəstəliyimin artdığını bilirəm. Lakin mümkün olduqca daha çox və həddindən artıq mübarizə aparmağa çalışıram”.