Məşhur rokçu tanınmaz hala düşdü - Fotolar

Məşhur rokçu tanınmaz hala düşdü - Fotolar
738 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün kameralara tuş gələn məşhur rokçu Ozzi Osborn baxımsızlığı ilə xeyli diqqət çəkib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, “metal musiqisinin atası” adlandırılan 72 yaşlı ifaçı studiyalardan birindən çıxarkən görüntülənib.

Hər zaman boyalı saçları, eynəyi və metal aksessuarları ilə diqqət çəkən Ozzinin ağ saçları və baxımsızlığı görənləri təəccübləndirib. Yeriməkdə çətinlik çətən ifaçının əsası da gözlərdən yayınmayıb.

O, iki ildir ki, "parkinson" xəstəliyindən əziyyət çəkir. Ötən il bu xəstəliyə tutulan Ozzi, 2019-cu ilin həyatında ən pis il olduğunun açıqlamışdı.

Qeyd edək ki, 1970-ci illərdə sənətə gələn Ozzinin 11 studiya albomu mövcuddur. İfaçının 7 albomunun dünyada 2 milyondan çox nüsxəsi satılıb.