"Onu heç vaxt bağışlamayacam, halallıq da verməyəcəm"

"Onu heç vaxt bağışlamayacam, halallıq da verməyəcəm"
20181 dəfə oxunub
  • A-
  • A
  • A+
"Sənət insanları şıltaqlıq edir. Çünki onları sevən çoxdur. Adamı sevən olanda ərköyünləşir. Tez küsürəm, amma bağışlayıram".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova "Birəbir" verilişində deyib. Sənətçi son günlər çox tez-tez depressiyaya düşməsindən danışıb.

F.İbadova adını çəkmədiyi bir yaxınınından küsməsini də etiraf edib:

"Elə insan var ki, onu heç vaxt bağışlamayacam, halallıq da verməyəcəm".

"Sənət adamıdır" sualına müğənni "Mənim üçün gözəgörünməzdir. Mənim üçün o adam yoxdur" cavabını verib.