Elçinin Şuşadan fotoları

Elçinin Şuşadan fotoları
1726 dəfə oxunub
  • A-
  • A
  • A+
28 ildən sonra düşməndən azad edilən Şuşaya bu dəfə müğənni Elçin Cəfərov gedib.

Axşam.az xəbər verir ki, sənətçi orada çəkdirdiyi şəkilləri sosial şəbəkə hesabında yayımlayıb. Elçin Şuşa ilə bağlı təəssüratlarını bölüşərək bunları yazıb:

"O qədər mədəni şəhərdir ki, yüksək səs tonu ilə belə danışmaq istəmir insan. Onların vəhşiliyi bu şəhəri korlaya bilməyib, bilməyəcəkdi də. Hüzur var, insan rahatlıq tapır. Yolda çox kövrəlmişdim. Yol ətrafında döşəklər, əsgər paltarları, yanmış hərbi maşınlar var idi və bütün bunları görə-görə özüm özümə deyirdim: Qardaşlarımız gör bu qədər yolu necə çətin, həyəcan içində gediblər, nələr yaşayıblar. Onların sayəsində bu gün "Şuşa bizimdir" deyirik. Allah şəhidlərimizi cənnətlə müjdələsin, bütün əsgər və qazilərimizi qorusun".