"Qızım getsin işi ilə məşğul olsun, müğənnilik olmaz"

"Qızım getsin işi ilə məşğul olsun, müğənnilik olmaz"
7576 dəfə oxunub
  • A-
  • A
  • A+

"Qızımın müğənni olmasına heç vaxt razı olmaram".

Axşam. xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Heç vaxt heç yerdə" verilişində deyib. Xanəndə bildirib ki, övladlarının incəsənətdə olmasını istəmir:

"Qızımın işi varsa, getsin işi ilə məşğul olsun. Bəs, o boyda ali təhsili nə üçün alır? Əgər övladlarım universiteti oxuyub, gəlib mənim yolumu davam etdirəcəkdilərsə, niyə başqasının yerini tuturdular? Bu sənət çətindir. Oğlumun səsi olsaydı, deyərdim ki, oxu. Onların səsi yoxdur. Bir ailədən bir nəfər müğənni olar".