Türkan qəza keçirməyinin əsl səbəbini açıqladı

Türkan qəza keçirməyinin əsl səbəbini açıqladı
5045 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Türkan Vəlizadə uzun müddət əvvəl keçirdiyi avtomobil qəzası ilə bağlı etiraflar edib.

Axşam.az xəbər verir ki, sənətçi "Bazar düzü" proqramında qəza keçirməsinin əsl səbəbini açıqlayıb:

"İndi maşın idarə etmirəm, fikrim də yoxdur. Çünki bir müddət əvvəl böyük qəza keçirtmişdim. Tanınmaz hala düşmüşdüm. Maşın idarə edəndə insan öz həyatı ilə oynayır. Sürməyi tam bilmirdim, yaxşı öyrənmədən oturmuşam sükan arxasına. Bir də fikrim getmişdi telefona.

Dedilər, guya spirtli içki içmişəm. Amma elə deyildi, bir qab şorba içib getmişdim. Qəza səbəb güclü yağış yağması və telefonla oynamağım idi. Bir də hamıya məsləhət görürəm ki, sürməyi öyrənmədən sükan arxasında oturmayın".