Maradona ilə bağlı daha bir iddia

Maradona ilə bağlı daha bir iddia
518 dəfə oxunub
  • A-
  • A
  • A+
Argentinalı futbolçu Maradona Dieqonun vəfat etməsinə baxmayaraq dünya mediasında onunla bağlı xəbərlər yayılmaqda davam edir.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, bir müddət əvvəl adı futbolçuya sui-qəsd edənlər sırasında çəkilən həkim Leopoldo Luke bu dəfə Maradonanın imzasını təqlid etməsi ilə günahlandırılır. Bu haqda məlumat Argentina mediasında yayılıb. İrəli sürülən iddialara əsasən, o, xəstəxanaya göndərilən məktublardan birinə çəkdiyi imzanın Dieqonunkı ilə eyni olduğu ortaya çıxıb.

Noyabrda Maradonanın ölümü ilə bağlı istintaq aparan vəkillər və əl yazıları üzrə mütəxəssislər birgə çalışaraq bu nəticəyə gəlib.

Bütün bu iddialara baxmayaraq, həkim Luke deyilənlərin əsassız olduğunu və bu ittihamın ona qarşı haqsızlıq olduğunu deyib.