"WhatsApp" "Facebook"un istifadəçi mesajlarını görməyəcəyini açıqladı

"WhatsApp" "Facebook"un istifadəçi mesajlarını görməyəcəyini açıqladı
1114 dəfə oxunub
  • A-
  • A
  • A+

"WhatsApp"ın rəhbəri yeni məxfilik siyasətinin bu xidmətə sahib olan "Facebook" şirkətinin istifadəçilərinin yazışmalarına və əlaqə siyahılarına daxil olmasına icazə vermədiyini açıqlayıb.

Axşam.az TASS-a istinadən xəbər verir ki, bu barədə messencerin rəhbərliyi öz Tvitter hesabında məlumat yayıb.

"Votsap və Feysbuk şəxsi mesajlarınızı görmür, zəngləri dinləmir. Votsap kimin mesaj yazıb, kimə zəng etdiyini izləmir. Votsap əlaqə siyahınızı Feysbuk ilə paylaşmır. Oradakı qrup söhbətləri gizli qalır" deyə, o, statusunda qeyd edib.

Bundan əvvəl Votsap istifadəçi müqaviləsini yeniləyərək bu messencerdən istifadə edən hər kəsi Feysbukla məlumat paylaşmağı məcbur edib. Xüsusilə şirkət telefon nömrələri, əməliyyatlar və istifadəçilərin IP ünvanları haqqında məlumat yığacaq.