"İnstaqram ağıl xəstələriylə dolu mağazaya oxşayır"

"İnstaqram ağıl xəstələriylə dolu mağazaya oxşayır"
413 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli məşhur aparıcı Okan Bayülgen sosial şəbəkələr barədə mənfi düşüncədə olduğunu açıqlayıb.

Axşam.az xəbər verir ki, aparıcı İnstaqramın qorxunc bir şəbəkə olduğunu deyib:

"Nifrət edirəm. Bu qədər çirkinliyin olduğu başqa bir yer tanımıram. Ağıl xəstələri ilə dolu mağazaya oxşayır. Orqan, qadın ticarəti, narkotik maddələr, nə axtarsan, taparsan. "Tik-Tok"da rəqs edənlər ağılsızdır. Gənclər bərədə ümidli olmamağımız üçün göstəricidir. Bu uşaqların 15 IQ səviyyəsi vardısa, telefon 5-ə endirib".