Ənənəvi təhsilin bərpası xəbərlərinə rəsmi reaksiya

Ənənəvi təhsilin bərpası xəbərlərinə rəsmi reaksiya
1619 dəfə oxunub
  • A-
  • A
  • A+

Təhsil Nazirliyi gələn aydan etibarən ənənəvi formada təhsilin bərpa ediləcəyi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.

Axşam.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, tədris ilinin ənənəvi qaydada başlaması ilə bağlı qərar olarsa, bu, ilk növbədə, Təhsil Nazirliyinin resurslarında paylaşılacaq.

Qeyd edək ki, hazırda pandemiya ilə əlaqədar olaraq orta və ali təhsil müəssisələrində dərslər onlayn şəkildə keçirilir.