"8 yaşımdan su içmirəm"

"8 yaşımdan su içmirəm"
1662 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni-aparıcısı Seren Serengil uzun müddətdir səhhəti ilə bağlı problemlər yaşayır. Keçirdiyi mədə əməliyyatından sonra çəkisi sürətlə azalmağa başlayan sənətçi başına gələnlərdən danışarkən qəribə etiraflar edib.

Axşam.az türk mətbuatına istinadən bildirir ki, Serengil 8 yaşından su içmədiyini deyib:

“İçki içmirəm, siqaret çəkmirəm. Lakin çox pis vərdişim var. Su içə bilmirəm. Uşaq ikən su kranından paslı suyun axdığını görmüşəm. O gündən sonra heç vaxt su içmədim. Çünki iyrəndim”.