“Qəbul imtahanlarında Vətən müharibəsi ilə bağlı suallar olacaq”

“Qəbul imtahanlarında Vətən müharibəsi ilə bağlı suallar olacaq”
617 dəfə oxunub
  • A-
  • A
  • A+

“Builki qəbul imtahanlarında Vətən müharibəsi ilə bağlı müəyyən suallar düşəcək”.

Axşam.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə imtahanda fərqlənmiş nəzarətçi və imtahan rəhbərləri ilə keçirdiyi onlayn görüş zamanı bildirib.

O qeyd edib ki, bu suallardan əvvəl DİM-in jurnallarında müəyyən məqalələr çap olunacaq: “Hər kəs bu sualların cavablarını bilmək üçün həmin məqalələrdən istifadə edə bilər. Həmçinin tarix fənnində də Vətən müharibəsi ilə bağlı məlumatlar olacaq”.