Ərdoğan koronavirusa qarşı peyvənd olundu

Ərdoğan koronavirusa qarşı peyvənd olundu
778 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusa (COVID-19) qarşı peyvənd olunub.

Axşam.az xəbər verir ki, dövlət başçısına Ankara Şəhər Xəstəxanasında Çinin "Sinovac" şirkətinin istehsalı olan “Coronavak” inaktiv vaksininin ilk mərhələsi vurulub.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca və digər səhiyyə işçiləri koronavirusa qarşı peyvənd edilib. Bu gündən etibarən isə bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılıb.

Koronavirusa qarşı ikinci peyvənd isə 28 gün sonra vurulacaq.