Anar onların geyimini tənqid etdi - Fotolar

Anar onların geyimini tənqid etdi - Fotolar
7430 dəfə oxunub
  • A-
  • A
  • A+
Məşhur stilist Anar Ağakişiyev tanınmışların geyimlərini analiz edib.

Axşam.az xəbər verir ki, stilist "Birəbir" proqramında aparıcı və müğənnilərin geyimini tənqid edib.

Nanə Ağamalıyeva: "Nanə çox ağır tərzdə verilişlər aparır. Fotosessiya üçün qəşəng platforma geyinib. Platforma dəb deyil, amma Nanə sevir. Paltarın uzunluğunu nəzərə alsaq, pis deyil. Bir irad bildirəcəm, burnuaçıq ayaqqabı ilə corab geyinmək olmaz. O da yəqin, ayaqlar sürüşdüyü üçün geyinib".

 

Gülay Zeynallı: "Röya qədər qeyri-adi heç nə etmir. Gündəlik qəşəng görünür. Fotosessiyada adi tərzdədir. Onun yaddaşda qalan obrazı olmayıb. Günay İbrahimli kimi şam ağacı ilə yaddaqalan fotosessiyası yoxdur".

 

Şəbnəm Tovuzlu: "Heyvanlara dəstək üçün kürk geyinən olmamışam. Qarşıyam... Onun kürkünü görəndən sonra fikrim dəyişdi. Getsin onu necə hazırlayırlar baxsın. Həm də dəbdə deyil. Çox yaxşı xanımdır, amma şalvar çox dardır. Elə bədən ölçüsünə bol şalvar seçərdi. Koftanın boğazı da üz cizgilərini qabardıb. Sinəsi açıq olsaydı, pis olmazdı. Fotosessiyasına isə susum. Bu, şadlıq sarayı stolu qoymaq nədir? Bu uzunluqda paltarla ipli ayaqqabı olmaz. Sıradan bir badə götürmək olmaz. Kreativ bir badə götürərdi. Saat isə taxmamalıdır".

 

Kəmalə Piriyeva: "Gündəlik geyimi çox qəşəngdir. Fotosessiyası isə Gülay kimi... Mən olsaydım, daha açıq buruqlar edərdim. Dağınıq saç olsaydı, yaxşı idi".

 

Damla: "Bərbatdır... Gündəlik belə gəzirsə, onu dostluqdan çıxarıram. Fotosessiyası isə... Geyindiklərinin bir-biri ilə əlaqəsi yoxdur".