Sızan bağırsaq sindromundan əziyyət çəkən türkiyəli aktrisa Neslihan Atagül pərəstişkarlarına üzücü xəbər verib.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl səhhətində yaranan problemə görə rol aldığı "Sefirin kızı" serialından 10 günlük icazə alan aktrisa ekran işindən ayrıldığını bildirib.

Bu barədə Neslihan Atagül sosial şəbəkədə məlumat verib:

"Obrazını canlandırarkən hüceyrələrimə qədər hiss etdiyim "Nare" ilə vidalaşıram. Mən tolerantlıq göstərsəm də, vücudum mənə o tolerantlığı göstərmədi. Bir az istirahət etməyə ehtiyacım var. Tezliklə yeni hekayələrdə görüşərik".

Qeyd edək ki, aktrisa səhhətində yaşadığı problemə görə günbəgün çəki itirir.



                 

Xəbər lenti