"Onlar kral ailəsinin sonu olacaqlar"

"Onlar kral ailəsinin sonu olacaqlar"
984 dəfə oxunub
  • A-
  • A
  • A+
Şahzadə Harri və həyat yoldaşı Meqan Markkl haqqında yeni iddia irəli sürülüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Amerikaya yerləşən cütlüyün digər kral ailəsi üzvlərinə pis örnək olduqları bildirilib. 

Ailə haqqında reportajlar yayımlayan Duncan Larcomb verdiyi müsahibələrdən birində Meqanla Harrinin saraydan ayrıldıqdan sonra da yüksək qazanc əldə etdiyini söyləyib. Bu da digər üzvlərin oradan ayrılaraq öz həyatını qurmasına səbəb olub. Onların televiziya kanallarından biri ilə milyon dollarlıq müqavilə imzaladığı deyilir.

Cütlüyün son bir ildə imza atdığı nəhəng layihələrin kral ailəsinin sonunu gətirəcəyi iddia edilib. Belə ki, canlı yayımda Harrini 50 milyon insan izlədiyi halda digər şahzadə Uilyamı 5 min insanın izləyəcəyi bildirilib. Bu da kral ailəsinin çökməsi deməkdir.