Virusdan sağalanların əksəriyyəti yenidən xəstəxanaya yerləşdirilir

Virusdan sağalanların əksəriyyəti yenidən xəstəxanaya yerləşdirilir
1745 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniyada iki universitetin mütəxəssisləri yeni növ Covid-19-a yoluxub sağalan 47 min 780 insan üzərində araşdırma aparıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatlar nəticəsində yoluxanların yüzdə 30 faizi (yəni 14 min 410 nəfərində) sağaldıqdan sonrakı 140 gün ərzində yenidən xəstəxanaya müraciət ediblər. Onlar ürək-qan damar sistemi xəstəlikləri və şəkərli diabetdən şikayətləniblər.

Bu xəstələrin yüzdə 12 faizi isə orqanizmdə baş verən başqa problemlərə tab gətirməyərək vəfat edib. Dünyasını dəyişənlərin böyük əksəriyyətinin Afrika və Asiya əsilli 65 yaşlı xəstələr olduğu məlum olub.