"İnstaqramda sənət adamlarını söyən elə müğənnilərdir"

"İnstaqramda sənət adamlarını söyən elə müğənnilərdir"
623 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Nadir Qafarzadə sosial şəbəkədə sənət adamlarına yazdıqları mənfi rəylərdən bəhs ediblər.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda Kazım Sübhanın "MTV özəl" proqramında danışıb. O bildirib ki, ifaçılara mənfi şərh yazan elə müğənnilərin özləridir:

"Çox vaxt status yazıram, sonra düşünrəm ki, anlamayacaqlar. Başlayıram silməyə. Sosial şəbəkədə oturanlar bekar insanlardır. Onların əksəriyyəti isə müğənnilərdir. Hərəsi əlinə bir telefon alır, bir neçə profil açırlar. Bir müğənnidən yazı olanda, başlayır on profildən fərqli sözlər yazır. Bunu edənlər öz içimizdəkilərdir. Üzümüzə deyə bilmədiklərini orada yazır, zəhərlərini tökürlər".