ABŞ-ın ən böyük torpaq sahibi Bill Qeyts oldu

ABŞ-ın ən böyük torpaq sahibi Bill Qeyts oldu
727 dəfə oxunub
  • A-
  • A
  • A+
“Microsoft”un yaradıcısı Bill Qeyts 100 min hektardan çox ərazi alıb.

Axşam.az xəbər verir ki, torpaq sahəsi ABŞ-ın 18 ştatını əhatə etməklə Vaşinqtondan Floridaya qədərdir. Bununla da Bill Qeyts ABŞ-ın ən böyük torpaq sahibi olaraq 132 milyard dollarlıq sərvətini artırıb.

Milyonçunun mülkiyyətində olan torpağın 97,9 min hektarı kənd təsərrüfatı, 10,9 min hektarı isə digər istifadələr üçün nəzərdə tutulub.