"Özümü ilk dəfə evliliyə hazır hiss edirəm" - Nurgül Yeşilçay

"Özümü ilk dəfə evliliyə hazır hiss edirəm" - Nurgül Yeşilçay
973 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli aktrisa Nurgül Yeşilçay "Exxen" platformasında yayımlanan "Astrolojik Şifreler" proqramında şəxsi həyatı barədə danışıb.

Axşam.az xəbər verir ki, Necati Kocabay ilə eşq yaşayan aktrisa özünü evliliyə hazır hiss etdiyini bildirib:

"İlk dəfə birindən nəsə istəyə bilirəm. İnsanın hər şeyi tək həll etməyə çalışması ağır yükdür. Necati mənim təkliyimin çarəsi oldu. Özümü ilk dəfə evliliyə hazır hiss edirəm".

Qeyd edək ki, N.Yeşilçayın yay aylarında Necati Kocabayla nikah masasına oturacağı deyilir.

Aktrisa daha əvvəl həmkarı Cem Özerlə evli olub. Onların bir oğlu var.