Şuşa uğrunda döyüşlərdə şəhid olan çavuş

Şuşa uğrunda döyüşlərdə şəhid olan çavuş
378 dəfə oxunub
  • A-
  • A
  • A+

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Mirzəyev Orxan Mehman oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Axşam.az-a verilən məlumata görə, O.Mirzəyev 1993-cü ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində doğulub.

7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.