Texnoloji cihazların sağlamlığa təsiri

Texnoloji cihazların sağlamlığa təsiri
599 dəfə oxunub
  • A-
  • A
  • A+
Covid-19 pandemiyası telefon, planşet, kompüter kimi cihazların istifadəsini artırıb. Belə cihazlar mavi şüaları vasitəsi ilə sağlamlığımızı təhlükə altına atır.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, bu işıqlar yuxu rejimini də alt-üst edir. Davamlı yuxusuzluq isə şəkərli diabet və piylənməyə səbəb olur. Texnoloji cihazların daha çox gecə istifadə olunması zərərlidir.

Ona görə də yatmazdan ən az iki saat əvvəl onlardan istifadəni dayandırmaq lazımdır.

Son zamanlar uşaqlar da bu cihazlardan mütəmadi istifadə etdiyindən zehni sağlamlıqları təhlükə altındadır. Telefon, planşet ya da komputerdən mütəmadi istifadə edən uşaqlarda öyrənmə qabiliyyəti zəifləyir.

Bu cihazların yan təsiri bununla da bitmir. Onlar gözlərdə quruluğa da səbəb olur. Əgər 20 dəqiqə bu cihazlardan istifadə ediriksə ən azı 20 dəqiqə də fasilə verməliyik.