Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 159 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 6 435 nəfər COVID-19 infeksiyasına yoluxub.
Bu gün 5 392 nəfər sağalıb, ağır xəstə sayı isə 2 102 olub.
Qeyd edək ki, Türkiyədə indiyədək 2 406 216 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 283 919 nəfər sağalıb, 24 487 nəfər isə ölüb.