Mariya Şarapovanın 683 minlik nişan üzüyü - Fotolar

Mariya Şarapovanın 683 minlik nişan üzüyü - Fotolar
1219 dəfə oxunub
  • A-
  • A
  • A+
Britaniyalı milyarder Aleksandr Gilkslə evlilik yolunda ilk addımını atan rusiyalı keçmiş tennisçi Mariya Şarapovanın nişan üzüyünün qiyməti məlum olub.

Axşam.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

İdmançının 5 karatlık üzüyünün 400 min dollar (təxminən 683 min manat) dəyərində olduğu bildirilib.

Dizayner Cessika Makkormakın hazırladığı ziynət əşyasında çəhrayı qızıl, gümüş, zümrüd və brilyantdan istifadə olunub.

Qeyd edək ki, cütlük toy tarixini açıqlamasa da onların nikah mərasiminin Parisdə baş tutacağı deyilir.