Türkiyədə yoluxanların sayı azaldı

Türkiyədə yoluxanların sayı azaldı
394 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 149 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 5 967 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 6 018 nəfər sağalıb, ağır xəstə sayı isə 2 003 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 2 418 472 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 2 296 050 nəfər sağalıb, 24 789 nəfər isə ölüb.