Könül Kərimova qalmaqallı şərhlərindən danışdı

Könül Kərimova qalmaqallı şərhlərindən danışdı
2170 dəfə oxunub
  • A-
  • A
  • A+
"Birini, ikisini oxudum, fikir vermədim. Bir haqlı tənqid tapmadım ki, sakitləşim. Biri deyir parik qoymusan. Həqiqətən öz saçımdır. Hətta bu aralar saçım azalıb. Biri yazıb sünisən, botoks etmisən".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Mənim yolum" proqramında deyib. Müğənni sosial şəbəkədə izləyiciləri ilə arasında yaşanan qalmaqala aydınlıq gətirib:

"Xanımın botoks etməsi eyib deyil. Botoks edəndə üzü qırışdıra bilmirsən. Sadəcə, mən tənbələm. Hətta makiyajımı edən dedi ki, üzünüzə botoks vurdurun. Yoruluram bu şeylərdən, özüm olmaq istəyirəm. Ona görə də bu iradlar təsir etdi. Bir az kökələn kimi başqa sözlər yazırlar. Qalıram baxa-baxa.

Həmin şərhlərə cavab verdim, səhər durdum ki, hər yer yazıb. Birinci və sonuncu dəfə olar ki, şərhə reaksiya verirəm".