"Sosisal şəbəkələrdən mənə ən yaxın "Facebook"dur. Orada fikrimi rahat bölüşürəm. Tvitter isə fikri sıxır, çox yaza bilmirsən. Pandemiya ərəfəsində günümün 8 saatını sosial şəbəkədə keçiriəm. "Facebook" həm də xəbər aldığım mənbədir. İnstaqram isə bir o qədər də çox istifadə etdiyim yer deyil".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Mənim yolum" proqramında deyib. Müğənni sosial şəbəkələrdən bəhs edib:

"İnsan tənqidə səbəb vermirsə, heç kim ona səbəbli və səbəbsiz irad bildirməz. İnsan özü şərait yaradır ki, ona tənqid yazırlar. Hərdən görürəm yazırlar ki, insan sevdiyinə oxşayar. Faiq Ağayev necə intelegentdirsə, izləyiciləri də elədir. Bu cür şərhlər oxuyanda sevinirəm"

F.Ağayev "Sosial şəbəkəsiz yaşaya bilərsən" sualına "On il əvvəl rahatlıqla deyərdim, sosial şəbəkəsiz yaşaya bilərəm, indi yox. Yaşaya bilmərəm. Mənim üçün səyyar ofisdir. Mahnılarımı oradan göndərirəm, məktublaşıram, əlaqə qururam" cavabını verib.

Müğənni sosial şəbəkədə tənqid yazanlardan da bəhs edib:

"Sosial şəbəkə idarə, ünsiyyət və fikir bildirmək üçün vasitədir. Heç sevmədiyim fikir var: hər kəsin fikrinə hörmətlə yanaşıram. Axmağın fikrinə necə hörmət edə bilərəm? İctimai rəy heç kimin marağı olmadığı insanın fikir bildirməsidir. İnsan nəşə danışanda məlumatlı olmalıdır. Heç kim cərrahlıqdan, kosmosdan danışmır. Hamı "hərşeyşünas" kimi incəsənətdən və siyasətdən danışır".



                 

Xəbər lenti