Bir müddət əvvəl halı pisləşərək təcili xəstəxanaya yerləşdirilən aparıcı Larri Kinq vəfat edib.
Axşam.az xarici KİV-nə istinadən bildirir ki, son zamanlar xroniki xəstəliklərlə mübarizə aparan Larri səhər saatlarında dünyasını dəyişib.
87 yaşlı Kinq koronavirus testi pozitiv çıxdıqdan sonra Los-Anceles xəstəxanasına aparılıb. O, həmin xəstəxanada da vəfat edib.
Qeyd edək ki, Larri, 60 illik karyerası boyunca bir çox tanınmış məşhur insanlarla reportajlar hazırlayıb. Amerikalı aparıcı 1985-ci ildən CNN telekanalında çalışırdı.