Sevgilisini həmkarına qısqandı

Sevgilisini həmkarına qısqandı
1373 dəfə oxunub
  • A-
  • A
  • A+
“Hercai”nin  baş rol ifaçıları Akın Akınözü və Ebru Şahin çəkiliş zamanı lentə alınan fotolarını tez-tez sosial media hesablarında paylaşırlar.

Axşam.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Twitter” birlikdə çəkdirdikləri daha bir fotonu paylaşan aktyorlara minlərlə bəyəni gəlib, hətta istifadəçilər onların bir-birinə çox yaraşdığını deyiblər.

Ebru Şahinin sevgilisi Cedi Osman bu rəylərdən sonra əsəbiləşib. O, Akınla Şahinin birlikdə çəkilən şəkilinə rəy yazan bütün istifadəçiləri bloka salıb. Onun bu hərəkəti sosial media istifadəçilərinin tənqidinə tuş gəlib.
Bununla da Cedi Ebrunu Akına qısqandığını açıq-aşkar bəyan edib.