Koronavirus pandemiyası Yaponiyanın paytaxtı Tokioda uzun illərdir fəaliyyət göstərən tarixi restoranlardan birinin bağlanmasına səbəb olub.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, 1790-cı ildə istifadəyə verilən “Kawajin” adlı məkan yanvarın sonundan etibarən tamamilə bağlanacaq.

Müştərilərinə dadlı və müxtəlif şirniyyatlardan çay süfrəsi təqdim edən restoran yerli və xarici turistlərin ən sevimli məkanlarından biri idi. Lakin pandemiya dövründə tətbiq edilən məhdudiyyətlər və uzun müddət bağlı qalması məkanın işlərini ağsatdı, maddi zərər nəticəsində bağlandı. 



                 

Xəbər lenti