Bernie əlcəklərini 76 manata satır

Bernie əlcəklərini 76 manata satır
611 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın Vermont senatoru Bernie Sanders prezident seçilən Co Baydenin and içmə mərasimində geyindiyi əlcəklər ilə hamının diqqətini çəkdi. Hər kəsin mərasimə bahalı libasla qatılarkən Sandersin sadə geyimi və əlcəyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi.

Axşam.az xarici KİV-nə istinadən bildirir ki, senator əlcəyinə bu qədər maraq olduğunu görüb onu xeyirxah iş üçün satmaq qərarına gəlib.

O, əlcəkdən qazandığı pulu "Meals on Wheels" adlı evsiz insanlara yardım fonduna bağışlayacaq. 79 yaşlı Bernie onu şəxsi sosial media hesabında 45 dollardan (76 manatdan) başlayan qiymətlə satışa çıxarıb.

Həmin əlcəyi Sanders hədiyyə edən müəllim Cen Ellis isə 6 min sifariş qəbul etdiyini bildirib.