Peyvənddən bir neçə saat sonra vəfat etdi

Peyvənddən bir neçə saat sonra vəfat etdi
1921 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-da peyvənd olunan şəxs bir neçə saat sonra dünyasını dəyişib.

Axşam.az xarici KİV-nə istinadən xəbər verir ki, adı açıqlanmayan şəxs Kaliforniyanın Sakramento şəhər sakinidir. O, dekabrın sonunda koronavirusa yoluxaraq xəstəxanaya yerləşdirilib.

Ötən gün isə virusa qarşı vaksinasiya edilib. Peyvənd vurulduqdan bir neçə saat sonra vəfat edib. Ona hansı vaksinin vurulduğu hələ ki açıqlanmır.

Hazırda həmin şəxsin ölümü ilə bağlı istintaq başladılıb, araşdırmalar aparılır.