“Karantini 2 il əvvəl yaşadım”

“Karantini 2 il əvvəl yaşadım”
1360 dəfə oxunub
  • A-
  • A
  • A+
“Kırmızı oda” serialının ulduzu, aktrisa Aslıhan Gürbüz xeyli müddətdir şəhər həyatından uzaqlaşıb.

Axşam.az türk mediasına istinadən bildirir ki, 37 yaşlı sənətçi son vaxtlar 3 il əvvəl Balıkesirdən aldığı evdə yaşayır.

Aslıhan 2 il əvvəl bostan işlərini xüsusi proqramla öyrəndiyini və indi bağda meyvə, tərəvəz yetişdirməklə məşğul olduğunu bildirib. O, bağında tez-tez foto çəkdirərək, sosial media hesabında paylaşır.

Aktrisa qatıldığı proqramlardan birində maraqlı açıqlama verərək bunları deyib:

“Hazırda yaşadığımız karantini mən iki il əvvəl yaşadım. Bu insanın özünə inamını artırır. Bundan sonra qərar verdim ki, artıq yalnız yaşaya bilərəm.”