Bu vərdişlər Covid-19 peyvəndinin təsirini azaldır

Bu vərdişlər Covid-19 peyvəndinin təsirini azaldır
673 dəfə oxunub
  • A-
  • A
  • A+
Avstraliyada aparılan araşdırmalar zamanı, spitli içki və siqaretin Covid-19-a qarşı vurulan peyvəndin təsirini azaltdığı ortaya çıxıb.

Axşam.az xarici KİV-ə istinadən bildirir ki, mütəxəssislərin sözlərin görə siqaret bədəndəki immun sistemini zəiflədir və nəticədə peyvəndin müsbət təsirini azaldır.

Belə ki, siqaret tüstüsü “CD4 T” hüceyrə effektorunun istehsalına mənfi təsir edir. İmmun hüceyrələrinin meydana gəlməsini zəiflədir.

Spirtli içkilər də vaksinasiya zamanı hədəflənən immunitet stimullaşmasının qarşısını alır. Peyvənddən əvvəl içki içən şəxsin immunitet reaksiyasının tamamilə məhv olduğu məlum olub.

İçki qaraciyərin yağlanmasına səbəb olur eyni zamanda, onun funksiyasını pozur. Bu da peyvənd olunsa belə xəstənin Covid-19-dan sağalmağının qarşısını alır.